image-2000x150px
image-1669382674_1-2backend

CinemaPlus”da “Bakının açarı” filminin Qala gecəsi keçirilib – FOTO/VİDEO

image-728x90px
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında Azərbaycan Film Akademiyasının “Bakının açarı” detektiv filminin Qala gecəsi baş tutub.

Filmin rejissoru Zaur Tahirsoydur.

Baş rolları Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli canlandırıb.

Film haqqında qısa məlumat: Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusiyalıların əlinə keçir. Açar onlarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq bu şəhərin müdafiəçiləri bilir. Onlardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı beş oğrusunu bir araya yığıb açarı rusiyalıların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Rusiyalılar da muzeydə açarın oğurlanmasını gözləyir ki, müdafiəçinin izinə düşsünlər.

Tədbirin təşkilində “Cinema Distribution” və “MADO” restoranı dəstək göstərib.

Qeyd etmək istərdik ki, film noyabrın 24-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.









 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki