image-2000x150px
image-123
image-ads_atlas
image-posterbackend

“CinemaPlus”da Emil Quliyevin yeni “Pərdəarxası” filmi nümayiş olunur – VİDEO

image-728x90px

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin maliyyə dəstəyi ilə Azərbaycan istehsalı olan “Pərdəarxası” dram filminin nümayişi keçirilir.

Emil Quliyevin rejissorluğunu etdiyi ekran işində baş rollarda Hikmət Rəhimov, Azər Aydəmir və Arzu Abdulova çəkiliblər.

Filmin məzmununa gəlincə, inşaat şirkətində satış meneceri kimi çalışan Həsən (33) və həyat yoldaşı Sevda (30) uzun müddətdir uşaq sahibi ola bilmirlər. Həsən həkim müayinəsindən sonra özünün sonsuz olduğunu öyrənir. Amma kişiliyinə xələl gəlməsindən çəkinən Həsən bu məlumatı həyat yoldaşından gizlədir. Problemin Sevdada olduğunu düşünən Həsənin anasının israrıyla müalicə üçün bir kənddə yaşayan ara həkiminin yanına gedirlər.

Filmin yaş həddi 18+ təyin olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki