Catalys analitik şirkəti 2024-cü ildə qlobal smartfon bazarında canlanma və 4% artım proqnozlaşdırıb. Bu barədə “GizChina” nəşri yazır.
Şimali Amerikada smartfon bazarının 2% azalacağı gözlənilir.
“Şimali Amerika istisna olmaqla, bütün əsas bazarlar 2024-cü ildə böyüyəcək. Asiya-Sakit Okean, Yaxın Şərq və Afrikanın illik artımı 6%, Avropanın isə 7% illik artımla liderlik edəcəyi gözlənilir”, – analitiklər bildirib.
Gözlənilir ki, smartfon bazarında əsas tendensiyalar 5G dəstəyinin tətbiqi, süni intellektin (AI) cihazlara inteqrasiyası, istehsalçıların telefon interfeysinin rahatlığına və məlumatların məxfiliyinə diqqətinin artması, ekoloji təmizliyin artırılması olacaq. Smartfonların istehsalı və utilizasiyası və bu cihazların az inkişaf etmiş ölkələrin bazarlarına tədarükünün artması ilə əlaqədardır.
Mənbə: gazeta.ru