image-n1karobka_ads
image-123
image-1670824078backend

Çinli hakerlər Amerika siyasətçilərinin zənglərini ələ keçirdilər

Salt Typhoon qrupundan olan çinli hakerlərin ABŞ siyasətçilərinin zənglərini dinlədiyi iddia edilir.

Bu barədə Washington Post mənbələrə istinadən yazır.

Vəziyyətlə tanış olan üç nəfərin sözlərinə görə, “Dövlətlə əlaqəsi olan çinli hakerlər Amerika siyasətçilərinin telefon danışıqlarını qeydə alıblar”.

Onların şifrələnməmiş mətn mesajlarına da daxil ola bildikləri iddia edilir.

Nəşr FTB-nin bu məsələ ilə bağlı şərh verməkdən imtina etdiyini vurğulayır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki