image-n1karobka_ads
image-123
image-668bada902e8bd77b03bdc4ebackend

Dağıstanda messencerlər fasilələrlə işləyir

Dağıstanda WhatsApp ləng işləyir.

Bu barədə TASS-a mənbə məlumat verib.

“WhatsApp administrasiyasına ekstremist aksiyalarda iştirakla bağlı çağırışların yayılmasının qarşısını almaq üçün tələblər göndərilib, lakin onlara məhəl qoyulmayıb”, – agentliyin həmsöhbəti bildirib.

Dağıstandakı WhatsApp istifadəçiləri qeyd edirlər ki, messencer iyulun 7-də Moskva vaxtı ilə təxminən saat 13:00-dan etibarən fasilələrlə işləyir.

RİA Novosti-nin Sboy.RF xidmətinə istinadən aydınlaşdırdığı kimi , Krasnodar diyarında da WhatsApp-ın zəif işləməsi bildirilir.

Artıq 2,7 mindən çox şikayətin qeydə alındığı qeyd edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki