Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı Xizri Abakarov bildirib ki, regiondan olan senator Süleyman Kərimov respublikada terror aktı nəticəsində həlak olanların ailələrinə 5 milyon rubl ödəmək niyyətindədir.
“Süleyman qurbanların ailələrinə 5 milyon rubl ödəmək niyyətindədir. Ölənlərin sayı 21 nəfər olub. Dəhşətli hadisələr zamanı yaralananlara da maddi yardım göstəriləcək”, o, Telegram-da yayımladığı videomüraciətdə bildirib.
Həmçinin, onun sözlərinə görə, Kərimov Dərbənddəki kilsə və sinaqoqun bərpası ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Dağıstanda silahlılara müqavimət göstərən 20 polis əməkdaşını “ Şücaət” ordeni ilə təltif edib.
Putin həmçinin Dağıstanda vəfat etmiş protokoş Nikolay Kotelnikovu “İgidliyə görə” ordeni və mühafizəçi Mixail Vavilini “İgidliyə görə” medalı ilə təltif edib.
Son məlumatlara görə, Dağıstanda terror aktları qurbanlarının sayı hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər də daxil olmaqla 21 nəfərə çatıb.
Mənbə RUSCA