image-2000x150px
image-123
image-ads_atlas
image-316992117_521753193326973_1072563731776100498_nbackend

Dağıstandakı tarixi parkda Azərbaycan dilində ekskursiyalar təşkil olunub

image-728x90px

Mahaçqaladakı “Rusiya mənim tariximdir” parkı Azərbaycan və tacik dillərində ekskursiyaya başlayıb.

Bu barədə multimedia kompleksinin rəhbəri Timur Vəlixanov bildirib.

“Biz bilirik ki, bu dövlətlərin çoxlu vətəndaşları bizim regionda işləyirlər, lakin onlar Dağıstanın mədəniyyəti və tarixi ilə az tanışdırlar. Məhz bu səbəbdən biz “Mənim Dağıstanım” zalında Azərbaycan və tacik dillərində audiobələdçi işə saldıq”, – deyə Vəlixanov vurğulayıb.

Onun sözlərinə görə, parkda ilk tur Azərbaycandan olan 50 nəfər üçün keçirilib. Ümumilikdə layihə çərçivəsində 300-dən çox əcnəbi üçün ekskursiyaların təşkili nəzərdə tutulub.

Ekskursiyaların başlanmasının rayonun Milli Siyasət və Dini İşlər Nazirliyinin qrant müsabiqəsində qazandığı qələbə sayəsində mümkün olduğu qeyd edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki