image-n1karobka_ads
image-123
image-fotojet-2022-12-12t152517-940backend

  Dağıstandan Azərbaycana ət məhsulları və bıçaq idxal ediləcək

image-ad_qayo_720x110px

Dağıstan Respublikasından Azərbaycana Qızılyar bıçağı və ət tabağı (ət sneki) idxal olunacaq.

Bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının Bölgədə İxraca Dəstək Mərkəzindən məlumat verilib.

“Artıq yeni ildən Azərbaycana Dağıstan bıçaqlarının və Qızılyar Ət Kombinatının istehsalı olan ət tabaqlarının tədarükünə başlanılacaq”, – deyə Mərkəzdən bildirilib.

Qurumun məlumatına görə, Azərbaycan və Dağıstan tərəfini təmsil edən nümayəndə heyətləri həmçinin Dağıstanda istehsal edilən limonadların və meyvə şirələrinin tədarükü ilə bağlı razılığa gəliblər.

Məlumat üçün əlavə edək ki, 2021-ci ildə Dağıstanla Azərbaycan arasında ixracın həcmi təxminən 8 milyon dollara çatıb.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki