image-2000x150px
image-123
image-ads_atlas
image-1703759878_64ff87cd5ccbe64ff87cd5ccbf169446804564ff87cd5ccbc64ff87cd5ccbdbackend

Daha dörd komandaya texniki məğlubiyyət verildi

image-728x90px

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Doğru.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Neftçala” FK – “Şimal” FK oyununda “Neftçala”nın azarkeşləri oyun ərzində hakimlər briqadasını təhqir etdiyinə, ona hədə-qorxu gəldiyinə, ona fiziki təsir göstərməyə cəhd etdiyinə görə “Neftçala”nın növbəti 3 ev oyunu azarkeşsiz keçiriləcək.

U-16 Liqasının “Səbail” FK – “Qarabağ” FK oyununda “Səbail”in baş məşqçisi Elnur Abdullayev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun şərti olmaqla 5 oyun cəzalandırılıb.

U-14 Liqasının “Ulduz” (Mingəçevir) – “Şorsu” (Şəki) oyunu “Şorsu”nun heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Şorsu” (Şəki) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Liqasının “Azərbaycan Qartalları” FK – “Neftçi” PFK oyununda “Neftçi”nin futbolçusu Ömər Teyyublu rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “İmişli” FK – “Kürdəmir” FK oyununda “Kürdəmir”in protokolda adı qeyd edilməyən məşqçisi Nahid Vahidov qarşılaşmanın 56-cı dəqiqəsində komandanı meydandan çıxartdığı üçün oyun yarımçıq dayandırıldığına görə “Kürdəmir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Araz Bakı” – “Mübariz” FA oyunu “Mübariz”in heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Mübariz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasının “Talant” FK – “Azart” oyunu “Talant”ın heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Talant” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Qızlar Liqasının pley-off mərhələsinin “Balxurma” (Balakən) – “Ümid” (Gəncə) oyununda “Balxurma”nın baş məşqçisi Fərəc Bulacov texniki zona qaydalarını kobud şəkildə pozaraq baş hakimi qeyri etik ifadələrlə təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki