image-n1karobka_ads
image-123
image-6961da4802e8bd60305a01ccbackend

Daşkənddə Lindemannın konsertinə ruslar axışdı

image-ad_qayo_720x110px

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən konsertə çoxlu sayda rusiyalı tamaşaçı qatılıb.

Doğru.az xəbər verir ki, bunu konsertin təşkilatçısı olan IOSIS SHOW şirkətinin direktoru Dmitri Menşikov RİA Novosti agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rammstein qrupunun solisti Till Lindemannın Daşkənddə baş tutan konsertinə gələnlərin yarıdan çoxu xarici ölkələrdən olub.

“Gələnlərin yarıdan çoxu digər ölkələrdən, əksəriyyəti isə Rusiyadan idi”, – deyə Menşikov qeyd edib.

Xatırladaq ki, daha əvvəl məhkəmə Till Lindemannın Tverdə planlaşdırılan konsertinin ləğvi ilə bağlı 67 milyon rubl məbləğində ödəniş etməsi barədə qərar çıxarmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki