image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210929_085552_797backend

“Davam”ın sədri Ankarada səfərdədir – FOTO

image-728x90px

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı 27-30 sentyabr tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri zamanı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalarla görüşüb.

Görüş zamanı “Davam” Gənclər Hərəkatının fəaliyyəti haqqında geniş məlumat verən Nihad Allahyarlı daha sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı ölkəmizdə, qardaş ölkə Türkiyədə və dünyada həyata keçirilən tədbirlər barəsində danışıb.

Öz növbəsində TİKA-nın sədri Serkan Kayalar agentlik tərəfindən dünyanın dörd bir yanında görülən və görüləcək işlər, fəaliyyət prioritetləri və Azərbaycan ofisi haqqında məlumat verib. O cümlədən Qarabağ zəfəri ilə bağlı təbriklərini dilə gətirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Yekunda TİKA ilə “Davam”ın birgə işbirliyi perspektivləri dəyərləndirilib, müxtəlif idealar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

image-img_20210929_085552_588

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki