image-2000x150px
image-123
image-ads_atlas
image-6683a9f1ae5ac93adb026a6fbackend

Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavinini axtarışa verib

image-728x90px

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini, general-mayor Aleksandr Nesterenkonu axtarışa verib.

Bu barədə RİA Novosti departamentin məlumat bazasına istinadən xəbər verir.

“Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olub”, – Daxili İşlər Nazirliyindən bildirilib.

Axtarışda olanlar siyahısında Ukrayna Silahlı Qüvvələrinin generalı İqor Dovqan və Donbasda dinc sakinlərə qarşı “antiterror əməliyyatı”nın (ATO) keçmiş rəis müavini Vladislav Lişçinski də var.

Bundan əvvəl Daxili İşlər Nazirliyi fəaliyyət göstərməyən “Pahonia” ekstremist qruplaşmasının belaruslu təşkilatçılarından biri Vadim Prokopyevi  axtarışa vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki