Dövlət İmtahan Mərkəzi (DİM) 8-ci və yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən istifadə imkanı təqdim edir.
Doğru.az xəbər verir ki, bu diaqnostik platforma şagirdlərin maraq və bacarıqlarını müəyyən etməyə kömək edir. Alət təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları üzrə testləri əhatə edir. Testlər nəticəsində şagirdlərin göstəriciləri dərhal hesablanaraq elektron poçt ünvanına göndərilir.
İlk imtahan 10 dekabr saat 10:00 və 14:00-da DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Qeydiyyat 9 dekabr saat 18:00-dək davam edəcək.
DOĞRU.AZ




























