Gəncə şəhərində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Doğru.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlində olan idman çantasına baxış keçirilən zaman yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram heroin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və Gəncə şəhəri ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, Ədil Ədilovdan aşkar edilən heroinin “qara bazar”da dəyərinin təxminən 1 milyon 600 min manat olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Ədilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
DOĞRU.AZ


























