Dövlət Dumasına Əmək Məcəlləsində müvəqqəti işçilər üçün təminatları təsbit edən, həmçinin müvəqqəti işə keçid dövrü üçün əsas iş yerində əmək müqavilələrini dayandırmaq hüququ verən qanun layihəsi təqdim edilib. Bu barədə “İzvestiya” məlumat yayıb.
Təşəbbüsün müəllifi qismində bir qrup deputat və senator çıxış edib. Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin üzvü Andrey İsaev qeyd edib ki, qanun kadrların bir işəgötürəndən digərinə verilməsi məsələsini tənzimləmək üçün nəzərdə tutulub.
“Elə hallar olur ki, bir işəgötürən çətinlik çəkir, müvəqqəti olaraq işini dayandırır və işçilərini özünə tabe olan struktura göndərir ki, orada işləsinlər, maaş alsınlar”, – deyə deputat misal çəkib.
Mənbə: İzvestiya