Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib.
Doğru.az xəbər verir ki, sevilən müğənni bu dəfə dinləyicilərə “Dünya sənlə gözəldir” adlı nəğməni təqdim edib.
Mahnının musiqisi müğənni Elçin Cəfərova, sözləri Rafael Şabanova məxsusdur. Aranjımanı Elvin İmanov tərəfindən hazırlanıb. Gitarada İntizar Məmmədzadə, saksafonda isə Lütfiyar Əliyev ifa edib.
Ritmik mahnıya xüsusi videoçarx da çəkilib. Klipdə Manana Caparidzenin rəqsi və enerjisi diqqət çəkir.
Sənətçinin yeni layihəsi şəxsi YouTube kanalında, eləcə də bütün musiqi platformalarında yayımlanıb.
DOĞRU.AZ





























