image-2000x150px
image-123
image-ads_atlas
image-polis_karantin11backend

DYP-dən avtomobildə maskadan istifadə ilə bağlı – AÇIQLAMA

image-728x90px

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qapalı məkanlarda maskadan istifadə ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Doğru.az xəbər verir ki, İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, açıq havada maska taxmaq məcburiyyətinin ləğv edilməsi o demək deyil ki, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmamaq olar:

“Əvvəl olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir. Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər.

Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki