Avropa Parlamentinə seçkilərdə hərbi münaqişələri dəstəkləyən siyasətçilər sərt şəkildə cəzalandırılıb.
Bu barədə keçmiş amerikalı kəşfiyyatçı Edvard Snouden özünün X səhifəsində Avropa Parlamentinə keçirilən son seçkiləri şərh edərkən bildirib.
“ABŞ prezidenti Co Bayden üçün yaxşı əlamət deyil. Ola bilsin ki, sülhə şans verməyin vaxtı çatıb”, – Snouden yazıb.
İyunun 9-da məlum olub ki, iyunun 6-dan 9-dək keçirilən Avropa Parlamentinə seçkilərdə Avropa Xalq Partiyası (APP) birinci yeri tutub. İlkin nəticələrə görə, EPP AP-dəki 720 yerdən 181-ni alıb, eyni zamanda, hazırkı seçkilərdə ikinci yeri Sosialistlər və Demokratlar partiyası tutub. O, 135 mandat alıb. Öz növbəsində AP-də sağçı “İdentifikasiya və Demokratiya” fraksiyası və mötədil sağçı “Mühafizəkarlar və İslahatçılar” fraksiyaları ümumilikdə 133 yer qazanıb.
Mənbə: Sputnik