Əfqanıstanda internet xidməti 48 saatlıq fasilədən sonra bərpa edilib.
Doğru.az xəbər verir ki, TOLONews telekanalının məlumatına görə, ölkədə bütün telekommunikasiya şəbəkələri yenidən fəaliyyət göstərməyə başlayıb.
Sakinlər əlaqənin bərpasından məmnunluq ifadə edib, bəzi vətəndaşlar isə hakimiyyəti gələcəkdə internet və telekommunikasiya xətlərinin kəsilməsinin qarşısını almağa çağırıblar.
Nəşrin mənbələrinin məlumatına görə, üç günlük internet və rabitə kəsilməsi ölkədə biznes fəaliyyətinə ciddi təsir göstərib. Əfqanıstanda bundan əvvəl də tam internet kəsilməsi halları qeydə alınıb.
DOĞRU.AZ