image-n1karobka_ads
image-123
image-img-20250709-wa0006backend

“Əkinçi – Sözümüzün tarixidir” adlı yubiley tədbiri Amfiteatrda keçiriləcək – FOTO

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı geniş miqyaslı tədbir keçiriləcək.

Doğru.az xəbər verir ki, ilk dəfə olaraq böyük auditoriya ilə amfiteatr formatında təşkil olunacaq yubiley mərasimi “Əkinçi – Sözümüzün tarixidir” devizi ilə baş tutacaq. Tədbir yalnız milli mətbuatın tarixini deyil, həm də xalqımızın milli yaddaşını, tarixi köklərini əks etdirmək məqsədi daşıyır.

Yubiley mərasimində iştirakçılar bu dəfə həm də tarixi başqa bir dildə – xalçaların dili ilə dinləyəcəklər. Belə ki, tədbir çərçivəsində “Qərbi Azərbaycanın tarixini xalçalar danışacaq” adlı xüsusi təqdimat da yer alacaq.

Tədbirin xüsusi qonağı isə Türkiyənin tanınmış jurnalisti, Azərbaycanın dostu və səsinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayan Fulya Öztürk olacaq.

Təşkilatçılar bildirirlər ki, bu cür tədbirlər milli kimliyimizin, sözün gücünün və tariximizin unudulmamasının vacib vasitəsidir. Milli mətbuatın 150 illiyi çərçivəsində keçirilən tədbir keçmişlə bu gün arasında körpü rolunu oynayacaq və gələcək nəsillərə dəyərli mesajlar ötürəcək.

DOĞRU.AZ

image-img-20250709-wa0005

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki