Avropa İttifaqı ilə Moldova arasında təhlükəsizlik və müdafiə sahəsində razılaşma Aİ-nin ölkəni Rusiya ilə Dnestrdə müharibəyə hazırlamasından xəbər verə bilər.
Bu fikri müsahibəsində Pridnestroviya Moldova Respublikasının (PMR) Ali Şurasının deputatı, ekspert Andrey Safonov deyib.
“Avropa İttifaqının faktiki olaraq Rusiya ilə elan olunmamış müharibə vəziyyətində olduğunu nəzərə alsaq, Moldovanın Dnestryanıda Rusiyaya qarşı mümkün müharibəyə hazır olduğuna şübhə yoxdur”, – ekspert hesab edir.
Safonovun sözlərinə görə, Aİ ilə müdafiə sazişindən sonra Moldova artıq Avropa İttifaqı və Şimali Atlantika Alyansının müdafiə və kəşfiyyat layihələrinə daxil edilir. “Kəşfiyyat kimə qarşıdır?” – deyə politoloq soruşur.
Mayın 21-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı və Moldova təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi bağlayıb.
Mənbə: RİA Novosti