image-2000x150px
image-123
image-ads_atlas
image-24995_xl72en0uiybackend

Əməkdar artist koronavirusdan vəfat etdi

image-728x90px

“Yarımştat” tamaşasından tanınan Əməkdar artist Məcnun Hacıbəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Doğru.az xəbər verir ki, bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

Onun sözlərinə görə, aktyor koronavirusdan vəfat edib.

Qeyd edək ki, M. Hacıbəyov Qubanın İkinci Nüqədi kəndində anadan olub. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki