image-2000x150px
image-123
image-ads_atlas
image-yas_cadiri_0251backend

Əməkdar artist vəfat etdi – FOTO

image-728x90px

Əməkdar artist, qocaman rəqqas Qorxmaz Ağababa oğlu Qurbanov vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qorxmaz Qurbanov 18 iyul 1940-cı ildə anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1958-ci ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub.

Q.Qurbanov Mahnı və Rəqs Ansamblının baletmeysteri, bədii rəhbəri vəzifələrində çalışıb. O, Dövlət Mahnı Teatrında, Dağıstan Dövlət “Ləzginka” rəqs ansamblında da uğurla çalışıb.
Qorxmaz Qurbanov Ə.Abdullayevin quruluşlarında “Yallı-Zorxana”, “Bulaq başında”, “Şəki”, “Çobanlar”, “Bənövşə”, “Ceyran”, “Qarabağ maralı”, “Nazeləmə”, “Lənkəran” rəqslərində, “Azərbaycan”, “Qələbə”, “Xalqlar dostluğu”, “Bayram”, “Neftçilər” suitalarında solist kimi cıxış edib.

O, Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1967-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki