image-n1karobka_ads
image-123
image-1703501483erdoganbackend

Ərdoğan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib

image-ad_qayo_720x110px

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.

Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Prezident Ərdoğan Türkiyənin regional problemlərin dialoq yolu ilə həlli məqsədi ilə yaradılmış platformaya böyük önəm verdiyini və Cənubi Qafqazın simasının davamlı sülh yolunda dəyişməsinin sevindirici olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, Ankara Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi üçün səyləri dəstəkləməyə davam edəcək. Bundan əlavə, o vurğulayıb ki, “3+3” platformasının institusional struktura çevrilməsi “dialoq mexanizmini daha effektiv edəcək.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın kəsilmiş formada sülh sazişi imzalamaq təklifini qəribə hesab edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki