Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela lideri Nikolas Maduronu telefonla yenidən prezident seçilməsi münasibətilə təbrik edib və onu Türkiyəyə səfərə dəvət edib.
Doğru.az xəbər verir ki, bu barədə məlumat Venesuela XİN rəhbəri İvan Gilin sosial şəbəkəsində yayılıb.
“Prezident Nikolas Maduro Morosa bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan zəng daxil olub, Türkiyə prezidenti 28 iyul bazar günü keçirilən seçkilərdən sonra bütün Venesuela xalqına təbrik mesajı çatdırıb”, – məlumatda deyilir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Maduronu yenidən Venesuela prezidenti seçilməsi münasibətilə təbrik edib . Rusiya lideri xatırladıb ki, Moskva ilə Karakas arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.
Maduro Rusiyada keçiriləcək BRİKS sammitinə də dəvət alıb.
DOĞRU.AZ