image-ads_n1karobka_mobile
image-69e28934ae5ac94c9f0c4dbabackend

Ərdoğan: Türkiyə İranda sülh üçün atəşkəsin uzadılmasına çalışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşündə regiondakı gərginliyi müzakirə edib.

Doğru.az xəbər verir ki, Türkiyə liderinin ofisindən verilən məlumata görə, Ərdoğan İranda sülhün tam təmin olunması üçün Türkiyənin fəal səylərini davam etdirəcəyini bildirib. O vurğulayıb ki, İranda sülh əldə edilənə qədər atəşkəsin uzadılması istiqamətində çalışacaqlar.

Prezident həmçinin daha əvvəl Hörmüz boğazında tətbiq olunan məhdudiyyətləri qəbuledilməz adlandırdığını xatırladıb. Ərdoğan qeyd edib ki, İran ətrafında davam edən münaqişə regionu geostrateji çıxılmaz vəziyyətə sürükləyib.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki