image-ads_n1karobka_mobile
image-69e740ed02e8bd589615227dbackend

Ərdoğan Ukrayna üzrə danışıqların bərpasına çağırdı

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qərb tərəfdaşları ilə telefon danışığında Ukrayna ilə bağlı danışıqların yenidən başlanmasının vacibliyini vurğulayıb.

Doğru.az xəbər verir ki, məlumata görə, o, telefon diplomatiyasından fəal istifadə edərək Ukrayna münaqişəsi üzrə dialoqa mümkün qədər tez qayıdılmasının əhəmiyyətini qeyd edib.

Bildirilib ki, Almaniyada keçirilən məsləhətləşmələrdən sonra Braziliya və Almaniya tərəfləri də münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini ifadə ediblər.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın danışıqların İstanbula qaytarılması ideyasına müsbət yanaşdığını bildirib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki