image-2000x150px
image-123
image-ads_atlas
image-erdoganbackend

Ərdoğan: “Ukraynada ən pis sülh belə müharibədən daha yaxşıdır”

image-728x90px

“Bugünkü təmaslarımız zamanı bir çox Avropa liderləri Türkiyənin Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı diplomatik addımları yüksək qiymətləndiriblər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

“Yerlərdə qəbuledilməz hadisələr işimizi çətinləşdirsə də, biz ən pis sülhün belə müharibədən daha yaxşı olduğuna inanaraq münaqişəni sona çatdırmaq üçün səylərimizi davam etdiririk”, – deyə o bildirib.

O, özünü həm Rusiya prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoq apara bilən yeganə lider kimi xarakterizə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki