Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada sülh prosesini pozmaq üçün mümkün təxribatlar barədə xəbərdarlıq edib.
“Zaman-zaman… biz tərəfləri masa ətrafında toplayıb sülh danışıqları təklif edərdik. Belə məqamlar təxribat və müdaxilə üçün açıqdır. Bu səbəbdən həm Rusiya, həm də Ukrayna səmimi şəkildə sülhə və bu müharibəyə son qoymağa çağırmalıdır”.
Ərdoğanın fikrincə, Moskva və Kiyev bu prosesi zəhərləmək istəyənlərə heç bir imkan verməməlidir.
Siyasətçi ümid edir ki, mayın 9-da əldə olunan atəşkəs davamlı sülhün qapısını açacaq.
Ərdoğan həmçinin Amerika lideri Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına dair vizyonunu dəstəkləyib.
DOĞRU.AZ