image-ads_n1karobka_mobile
Ərdoğanla Putin Dağlıq Qarabağla bağlı yeni təklif irəli sürübbackend

Ərdoğanla Putin Dağlıq Qarabağla bağlı yeni təklif irəli sürüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. Əsas müzakirə mövzusu isə Dağlıq Qarabağda hazırda yaşanan gərginliyi dayandırmaqla bağlı olub. 

“Doğru.az” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Putin Türkiyə prezidentinin problemin həlli ilə bağlı ortaq işçi qrupunun yaradılması fikrinə müsbət yanaşıb. 

Məlumata əsasən, artıq qarşıdakı günlərdə Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər. Eyni zamanda Rusiya Ermənistanın 7 rayondan çıxacağı ilə bağlı fikir səsləndirdiyi də qeyd olunub.

Bu format ATƏT Minsk qrupunun işindən kənarda fəaliyyət göstərəcək.

Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

İlqam Cəbiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki