image-2000x150px
image-123
image-ads_atlas
image-245411_ub7d4x5igsbackend

Ermənilər Qarabağla bağlı filmi indi də burada nümayiş etdirmək istəyir

image-728x90px

İyulun 8-də Bişkekdəki Çingiz Aytmatov adına Kino Evində rejissor Nora Martirosyanın Ermənistan-Azərbaycan münaqişəsində erməni təbliğatının daha bir vasitəsi olan və onu sırf erməni dilində əks etdirən “Əgər külək əsərsə” filminin nümayişi keçiriləcək.

Doğru.Az 1news.az-a istinadən xəbər verir ki, filmin nümayişini Bişkekdəki Fransız Alyansı təşkil edir. Bu barədə qurumun feysbuk sosial şəbəkəsindəki səhifəsində yazılıb. Bildirilib ki, nümayişə giriş pulsuzdur və film fransız dilində rusca subtitrlərlə nümayiş olunacaq. Həmçinin qeyd olunub ki, nümayişdən sonra audiovizual əməkdaşlıq üzrə regional attaşe Emmanuel Faucillon ilə Qırğızıstan və Fransa arasında birgə film istehsalı imkanları ətrafında müzakirələr aparılacaq.

“Bu, yeni hava limanını (Xocalı hava limanını nəzərdə tutur – red.) qiymətləndirmək üçün kəndə gələn beynəlxalq auditor Alen haqqında hekayədir. O, orada xüsusi ab-hava ilə qarşılaşır. Hava limanının yaxınlığında şəxsi biznesi olan Edqara isə xüsusi diqqət göstərir” deyə, “Axşam Bişkek” film haqqında yazıb.

Ekran işinin nümayişini Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamenti də elan edib. Bundan sonra sosial şəbəkədə azərbaycanlılar buna etiraz edib. Daha sonra Qırğızıstanda elanlar həm rəsmi internet saytından, həm də idarənin feysbuk səhifəsindən silinib.

Eyni zamanda, Kinematoqrafiya Departamenti hələ nə rəsmi saytında, nə sosial şəbəkələrdəki səhifələrində, nə də Qırğızıstan KİV-lərində nümayişin ləğvi ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, 2020-ci ildə sözügedən filmin Kann Festivalında nümayişinə Azərbaycan tərəfi etiraz etmişdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki