image-2000x150px
image-comp-versiya
image-lnfneiar6qgzfa65lbackend

Ermənistan iyunadək bu addım atmayacaq… – Açıqlama

image-728x90px

44 günlük Vətən müharibəsindən sonra erməni tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etmir. Məqsəd Böyük Qayıdışa mümkün qədər mane olmaqdır. Eyni zamanda daha çox azərbaycanlının və hərbi şəxslərin zərər görməsini düşünülər. Düşmən bu dəfə də öz mənfur niyyətini gizlədə bilmir. Bu isə insanlığa, bəşəriyyətə qarşı olan bir davranışdır. Bununla bağlı Ermənistana qarşı təzyiqlər, basqılar edilməlidir.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

O bildirib ki, Ermənistan yenə də öz çirkin ampulasından əl çəkmək istəmir:

“Bu dövlət vaxtilə işğal etdiyi torpaqları minalarla zərərli bir hala salıb. Buna da öz ampulalarına uyğun olaraq haqq qazandırmağa çalışırlar. 30 ilə yaxın bir işğal siyasəti həyata keçirmiş dövlətin indiki halda konstruktiv yanaşma ilə çıxış etməsi də mümkün deyil. Bu dövlətin motivi məhz bundan ibarətdir ki, azərbaycanlılara, Azərbaycana qarşı düşmən ritorikasından əl çəkilməsin. Ermənistan 44 günlük müharibədə məğlub olmuş bir dövlət kimi öz üzərinə düşən addımlardan boyun qaçırır. Bu gün Ermənistanda revanşist qüvvələr isə daha radikal mövqedən çıxış edirlər. Onlar hələ də acı məğlubiyəti qəbul etmək istəmirlər. Minalanmış ərazilərin xəritələrini təqdim etməməyi də başlıca şərt kimi qəbul edirlər. Bununla çalışırlar ki, Azərbaycana mümkün qədər ziyan vursunlar”.

Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan tərəfi olaraq Ermənistanın bu faşist ideologiyasından əl çəkməsi üçün mümkün təzyiqləri daha da gücləndirilməlidir:

“Erməni tərəfi məcbur edilməlidir ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil versinlər. Bunun üçün ATƏT-in, BMT-nin ayrı-ayrı qurumlarının, Avropa Şurasının, Avropa Parlamentinin imkanlarından da maksimim istifadə etmək vacibdir. Çünki Ermənistan həmin beynəlxalq qurumların üzvüdür. Həmin təşkilatların Ermənistana təsiri konkret nəticələr verə bilər”.

Partiya sədri əlavə edib ki, Ermənistanda iyunda keçiriləcək seçkilərə qədər bu ölkədən hansısa bir konkret bir müsbət addımların atılmasını gözləmək bir az çətin olacaq:

“Ermənistanda legitim hakimiyyət formalaşacaqsa, 2020-ci ilin noyabr razılaşmasını, 2021-ci ilin yanvarında imzalanmış bəyanatları icra edəcəksə, bundan sonra hansısa bir irəliləyiş ola bilər. İyuna qədər Ermənistandan belə bir konstruktiv addım atılmasını gözləmək qeyri-mümkündür. Çünki indi bu ölkədə bütün güclər, imkanlar seçkilərə yönəlib. Hətta Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan bir anlaşmazlıq hökm sürür. Paşinyan bu məsələdə istəkli olsa da, imkanları yetərli deyil”.

DOĞRU.AZ 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki