Estoniya prezidenti Alar Karis qanuna Estoniya pravoslav xristian kilsəsinə qarşı yönəlmiş düzəlişləri təsdiq etməyib.
ERR xəbər verir ki, dövlət başçısı bu dəyişikliyin Estoniya Konstitusiyasına uyğun olmadığını bildirib.
Yanvar ayında Estoniya Pravoslav Kilsəsi yeni adın qeydiyyata alınması üçün müraciət etdi.
Keçən il pravoslav kilsəsi ilk dəfə Rus Pravoslav Kilsəsindən ayrılmağa səs verdi.
DOĞRU.AZ