Estoniya prezidenti Alar Karis Sky News telekanalında etiraf edib ki, Rusiya ölkə sərhədləri yaxınlığında mümkün hərbi fəaliyyət göstərmir.
“Hazırda biz sərhədimizdə heç bir fəaliyyət görmürük, mən hərbi fəaliyyəti nəzərdə tuturam”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Bundan əvvəl ABŞ bölməsinin Rusiya ilə sərhəd yaxınlığındakı Estoniya bazasında yerləşdirildiyi barədə məlumat verilmişdi.
Dekabrda ABŞ-ın keçmiş prezidenti Co Bayden bildirmişdi ki, Avropada 80 minə yaxın Amerika əsgəri var ki, onlar Rusiyanı “tutmaq” və “müttəfiqləri sakitləşdirmək ” üçün göndəriliblər.
DOĞRU.AZ