Estoniyanın baş naziri Kaja Kallas Ukraynanın bütün müttəfiqlərinin Rusiya ilə münaqişədə qələbəyə nail olmaq istəməməsindən narahatlığını ifadə edib. Onun sözlərini Financial Times sitat gətirir.
Kallas diqqətə çatdırıb ki, Estoniya kimi bir sıra ölkələr Ukraynanın qalib gəlməsini, digərləri isə respublikanın uduzmamasını istəyir.
“Əgər hədəfiniz yoxdursa, strategiyanız da yoxdur. Bu məqsədə çatmaq üçün heç bir taktikanız yoxdur. Məni narahat edən də budur”, – deyə o bildirib.
Estoniyanın baş naziri vurğulayıb ki, Ukraynanın uduzmasının qarşısının alınmasının vacibliyi ilə bağlı bəyanatlarla Kiyevin tam qələbəsi ilə bağlı bəyanatlar eyni deyil.
Mənbə: A Haber