image-n1karobka_ads
image-123
image-66aa012dae5ac946907f4b1dbackend

Fələstin HƏMAS Siyasi Bürosunun öldürülən rəhbəri üçün matəm elan edib

Fələstin lideri Mahmud Abbas İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar dövlət matəm elan edib.

TASS xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Abbas həmçinin bayraqların endirilməsini əmr edib.

Matəm avqustun 1-dək davam edəcək.

Bundan əvvəl Rusiya Haniyənin qətlini kəskin şəkildə pisləyib . Rusiya Xarici İşlər Nazirliyi də insidentin regionda daha da eskalasiya təhlükəsi yaratdığı barədə fikir bildirib.

Həmas sözçüsü İsrailin bu cinayətə görə cavabdeh olacağını bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki