Fələstin lideri Mahmud Abbas TASS-a bildirib ki, Fələstin heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanma prosesindən kənarda qalmasına razı olmayacaq.
“Amerika həmişə Rusiyanı bu prosesdən kənarlaşdırmaq istəyib. “Biz heç bir halda Rusiyanın Yaxın Şərq nizamlanması üçün hər hansı formatdan kənarda qalmasını qəbul etmirik”, – o deyib.
Abbas Moskvanın beynəlxalq hüquqa əsaslanan bu məsələdə həqiqətən ədalətli mövqe tutduğunu vurğulayıb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov SSRİ-nin Fələstini tanıdığını xatırladıb.
Mənbə TASS