Fələstinin müstəqilliyinin Avropa İttifaqı daxilindəki ölkələrin tanınması ABŞ-ın bu məsələyə baxışını dəyişdirə bilməz, baxmayaraq ki, Fələstinin tanınması faktının özü mühüm addımdır.
RİA Novosti xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və BMT-nin Vyanadakı daimi müşahidəçisi Salah Abdel Şafi bildirib.
“Ancaq istənilən halda beynəlxalq təzyiq artacaq. Məsələn, biz artıq Baş Assambleyada səsvermə zamanı gördük ki, ABŞ getdikcə beynəlxalq miqyasda təcrid olunur. Nəzərinizə çatdırım ki, Fələstinin BMT-yə üzvlüyünün əleyhinə səs verən cəmi 9 dövlət, o cümlədən ABŞ da var”, – deyə Şafi Fələstinin mövqeyini açıqlayıb.
Bundan əvvəl İsrailin Almaniyadakı səfiri Ron Prosor demişdi ki, yəhudilər və yəhudi dövləti Fələstini tanıyan ölkələri unutmayacaq və bağışlamayacaq.