image-ads_n1karobka_mobile
Fəzail Ağamalı Milli Məclisin ilk plenar iclasında iki dövlət bir millət məsələsinə toxunubbackend

Fəzail Ağamalı Milli Məclisin ilk plenar iclasında iki dövlət bir millət məsələsinə toxunub

“Türkiyə və Azərbaycan arasındakı bu sənəd ulu öndər tərəfindən əsası qoyulmuş “iki dövlət bir millət” konsepsiyasına söykənir”.

Doğru.az xəbər verir ki , bu fikiri deputat Fəzail Ağamalı bu gün Milli Məclis 2021-ci ilin yaz sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.

Deputat 2020-ci ilin dünyaya bəla gətirdiyini diqqətə çatdıraraq qeyd edib ki, “Buna baxmayaraq, biz ötən ildə ciddi uğura imza atdıq.Torpaqlarımizin bir hissəsini işğaldan azad etdik. Münaqişəyə nöqtə qoyduq. ATƏT-in edə bilmədiyini özümüz etdik”.

Fəzail Ağamalı Türkiyə ilə Azərbaycan arasında bağlanan anlaşma memorandumunun ciddi sənəd olduğunu vurğulayaraq bildirib ki, “İki dövlətin uzun zamandan bəri davam edən əlaqələri və informasiya müharibəsində imkanlarimizi inkişaf etdirmək potensiali verir.

Türkiyə mediası həm arxa, həm də ön cəbhədə yanımızda idi. Təkcə türk oxuculari üçün deyil, dünya üçün də həqiqətləri nümayiş etdirirdi. Bu sənəddə qarşıya qoyulan işləri ratifikasiya edəcəyik. 6 millətin bir dövlətə çevrilməsi prosesi gedir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki