Bu gün – 10 may 2025-ci il tarixində xalqımız Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü böyük ehtiram və minnətdarlıq hissi ilə qeyd edir. Bu münasibətlə Doğru.az saytı olaraq bildiririk ki, müstəqil Azərbaycanın banisi, dünya miqyaslı dövlət xadimi Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədiyaşar liderdir.
“Unity Company” MMC nin təsisçisi və Binəqədi rayon YAP nın ərazi partiya təşkilatının sədri Fikrət Əliyev bu əlamətdar günlə bağlı öz fikirlərini belə ifadə edib:
> “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində əvəzolunmaz lider, dövlətçilik məktəbinin banisi və milli ruhun daşıyıcısıdır. Mənim üçün o, sadəcə siyasi rəhbər yox, bir xalqın dirçəlişinə səbəb olan, gələcəyimizi düşünərək hər addımını atan müdrik bir şəxsiyyətdir. Onun vətənə olan sevgisi, xalqa bağlılığı və uzaqgörənliyi hər birimiz üçün örnəkdir.”
Ulu Öndərin zəngin siyasi irsi və müdrik rəhbərliyi sayəsində bu gün Azərbaycan regionda və dünyada güclü bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir və hər keçən gün daha da möhkəmlənir.
Heydər Əliyevin söylədiyi dərin mənalı fikirlər bu gün də yolumuzu aydınladır:
“Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir və biz onu qorumalıyıq.”
“Unity Company” olaraq biz də Ulu Öndər Heydər Əliyevi böyük hörmət və sevgi ilə anırıq. Onun qoyduğu təməl prinsiplər bu gün də dövlət idarəçiliyində və ictimai həyatda əsas yol göstəricidir.
Ruhu şad olsun, Ulu Öndərin!
O hər zaman qəlbimizdədir!