Finlandiya Müdafiə Nazirliyi 2027-ci ildən başlayaraq M270A2 qurğularını almağa hazırlaşır.
Bu barədə “Newsweek” müdafiə nazirliyinə istinadən məlumat yayıb.
“O 2027-ci ildən təkmilləşdirilmiş M270A2-ləri almağa başlayacağını gözləyir”, – məlumatda deyilir.
Qeyd olunur ki, Finlandiya müdafiə idarəsi 41 döyüş bölməsi almağı gözləyir.
Bundan əvvəl istehsalçı Lockheed Martin bildirmişdi ki, ABŞ ordusu ilk təkmilləşdirilmiş çoxtutulmalı raket sistemini (MLRS) M270A2 alıb. Lockheed Martin gözləyir ki, MLRS modernləşdirildikdən sonra onlar 21-ci əsrin ortalarına qədər ABŞ ordusuna və onların müttəfiqlərinə xidmət edəcəklər.
Mənbə: Reuters