image-n1karobka_ads
image-123
image-676d6940ae5ac9688f23d15ebackend

Finlandiya polisi kabel qırılması şübhəsi ilə tankeri saxlayıb

Finlandiya sərhədçiləri və polisi Baltik dənizində kabel qırılması şübhəsi ilə Eagle S tankerini dayandırıb.

“Eagle S tankeri dayandırılıb. O, Finlandiya ərazi sularında yerləşir… Eagle S tankerinin EstLink 2 kabelini qırmaqda şübhələnmək üçün əsas var”, – Yle yazır.

CNN daha əvvəl yazmışdı ki, ABŞ rəsmiləri Rusiyanı Baltik dənizində kabellərin qırılmasında əli hesab etmirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Baltik dənizində kabelin qopması ilə bağlı “Rusiya-Çin isteriyası” olmadan təhqiqatın aparılmasını gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki