image-n1karobka_ads
image-123
image-82-pic_32ratio_900x600-900x600-64808backend

Finlandiya prezidenti Ukraynada sülhün necə əldə olunacağını izah edib

Finlandiya prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna münaqişəsinin diplomatiya yolu ilə həlli üçün heç bir perspektiv görmədiyini, sülhə yalnız döyüş meydanında nail ola biləcəyini deyib.

Bu barədə CNN məlumat yayıb.

O, uzun illərdir ki, sülh vasitəçiliyi ilə məşğul olduğunu, bunun çoxunun dialoqla başladığını, sonra isə parametrlərin müəyyənləşdirilməsi ilə davam etdiyini vurğulayıb.

“Ancaq məncə, bu konkret halda soyuq həqiqət ondan ibarətdir ki, sülhə nail olmağımızın yeganə yolu döyüş meydanından keçir”, – Stubb bildirib.

O, həmçinin Ukrayna münaqişəsi ilə bağlı Moskva ilə siyasi dialoqun tamamilə olmadığını açıqlayıb.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki