Florida qubernatoru Ron DeSantis Meksika körfəzinin rəsmi olaraq Amerika Körfəzi adlandırılması haqqında qanunu imzalayıb. Beləliklə, Florida bu toponimin adını rəsmi səviyyədə dəyişdirən ilk ABŞ ştatı oldu.
Bu barədə USA Today yazır.
Qanun layihəsinin sponsorlarından biri deyib: “Florida prezident Trampın yolunu izləməkdən və Amerika Körfəzini rəsmən tanıyan ilk ştat olmaqdan qürur duyur”.
Sənədin tərəfdarları qubernatorluqdan əllərində yaşıl “Amerika Körfəzi” yol nişanları tutduqları fotoları yerləşdiriblər.
Google daha əvvəl xəritələrdə Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirmişdi.
Rus Coğrafiya Cəmiyyəti (RGS) Meksika körfəzinin adını Amerika Körfəzi adlandırmağı planlaşdırmır.
DOĞRU.AZ