image-n1karobka_ads
image-123
image-68b8fa2cae5ac911d12c3144backend

Fox News aparıcısı: “Sibirin Gücü 2” də partladılacaq?

image-ad_qayo_720x110px

Amerikalı Fox News telekanalının aparıcısı Cessi Uotters efirdə Rusiyadan Çinə qaz nəqli üçün nəzərdə tutulan “Sibirin Gücü 2” kəmərinin də partladılması ehtimalını dilə gətirib.

Doğru.az xəbər verir ki, jurnalist bu barədə danışarkən “Rusiya və Çin yaxınlaşır. Bəlkə kimsə bu kəməri “Şimal axını” kimi bombalamalı olacaq”, – deyib.

RİA Novosti-nin məlumatına görə, Uotters “kiməsə” sözünü işarə edərkən dırnaq jestindən istifadə edib.

Xatırladaq ki, Bloomberg daha əvvəl “Power of Siberia 2” layihəsinin qlobal LNG bazarını dəyişdirə biləcəyini yazmışdı.

Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, “Sibirin Gücü 2” layihəsi üzrə imzalanmış sazişdən hər kəs razıdır və məmnunluq ifadə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki