image-ads_n1karobka_mobile
“Fransa Qarabağda Rusiya-Türkiyə əməkdaşlığını pozmağa çalışır”backend

“Fransa Qarabağda Rusiya-Türkiyə əməkdaşlığını pozmağa çalışır”

“Yaxın-Orta Şərqdə də Rusiya ilə Türkiyənin maraqlarını bəzi Qərb dairələri toqquşdurdular və son nöqtədə də bu iki dövləti bir-birinə qarşı qoyub, onların özlərini bir-biri ilə toqquşdurmaq üçün əllərindən gələn hər şeyi etdilər”.


Doğru.az PostNews.Az-a istinadən xəbər verir ki, geosiyasət və konfliktologiya üzrə ekspert Kərəm Məmmədov deyib.
Ekspert bildirib ki, Rusiya-Türkiyə əməkdaşlığı bu region üçün çox böyük səmərə verəcək:

“Suriyada Rusiyanın təyyarəsinin vurulması, rus səfirinin bütün medianın gözü qarşısında güllələnməsi kimi bütün bu təxribatlar hesablanmışdı ki, Türkiyə ilə Rusiyanı döyüşdürsünlər və nəticədə iki ölkənin münasibətləri tamam korlansın.

Amma həqiqətən də hər iki dövlətin başında çox müdrik və dünyanın geosiyasi proseslərini dərindən analiz edə biləcək liderlər var. Onlar bu reallıqları gördülər və bu reallıqlardan da çıxış edərək qarşıdurmaya yox, əməkdaşlığa getdilər. Bu əməkdaşlıq eyni ilə də bizim regionumuzda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də davam etdi.


Noyabrın 10-da imzalanmış məlum bəyannamə də Rusiya-Türkiyə dövlət başçıları, müdafiə nazirləri və XİN rəhbərləri səviyyəsində aparılan danışıqlar nəticəsində əldə olunmuş sülh razılığı sayəsində Qarabağa rus sülhməramlıları ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri də gələcək və qarşılıqlı anlaşma şəklində sülhə zəmanət olacaqlar. Bundan da təbii ki, Qərb dünyası qıcıqlanır.

Bu gün də Fransanın atdığı o addımlar, qəbul etdikləri əsassız sənədlər, bəyanatlar hamısı regionda bu əməkdaşlığı pozmağa hesablanmış bir məsələdir, xüsusən də Türkiyənin Qarabağa gəlməsinə mane olmağa hesablanmış addımlardır. Amma bu qənaətdəyəm ki, bu əməkdaşlıq ən azı bölgəmizdə sülh tam əldə olunana qədər davam edəcək.

Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığı bu region üçün çox böyük səmərə verəcək. Tam sakitlik bərpa olacaq, yeni infrastruktur layihələr həyata keçiriləcək, yeni iqtisadi böyük layihələr reallaşacaq və bu əməkdaşlıqdan regionun bütün dövlətləri qazanc əldə edəcəklər, yəni, hətta Ermənistan hakimiyyəti də normal başla düşünsə əgər onlar da bu əməkdaşlıqdan çox böyük səmərə görəcəklər.

İndi bilirsiniz, Ermənistan bütün regional layihələrin hamısından kənarda qalıb. O zaman Ermənistanda normal təfəkkürə sahib hökümət qurulsa, heç şübhəsiz ki, Ermənistan da böyük fayda görəcək. Rusiyanın burada iştirak etməsi Ermənistanın provokasiyalarının qarşısını almaq üçün bir təminatdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki