Fransanın şimal-qərb bölgəsini güclü Goretti siklonu vurub və genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub.
Doğru.az xəbər verir ki, BFMTV kanalı Enedis idarəetmə şirkətinə istinadən bildirir ki, 8 yanvar Cümə axşamı günü təbii fəlakət ölkədə infrastruktur ziyanına yol açıb. Hazırda 380 min ev, əsasən Normandiyada, elektrik enerjisizdir. Bretaniyada 21.000, Pikardidə 18.500 və İl-de-Fransda 13.500 ev də elektrik enerjisindən məhrum olub.
Manş departamentində küləyin sürəti rekord həddə – saatda 213 km-ə çatıb. Fəlakətlərin idarə olunması üzrə mütəxəssis Qael Musket bildirib ki, elektrik şəbəkəsinin tam bərpası və fırtınanın nəticələrinin aradan qaldırılması bir neçə gün çəkəcək.
Qeyd edək ki, yanvarın 7-də Daily Mail qəzeti Avropada güclü qar yağışı nəticəsində magistral yolların bağlandığını və yüzlərlə uçuşun ləğv edildiyini xəbər vermişdi.
DOĞRU.AZ




























