image-n1karobka_ads
image-123
image-68b99153ae5ac9426e1da78ebackend

Fransada Milli Farfor Muzeyindən milyonluq eksponatlar oğurlandı

image-ad_qayo_720x110px

Naməlum şəxslər Fransanın Adrien Dübuşe adına Milli Farfor Muzeyindən azı 9,5 milyon avro dəyərində eksponatları oğurlayıblar.

Doğru.az xəbər verir ki, bu məlumat Paris Match jurnalının mənbələrinə istinadən yayımlanıb.

Nəşrin məlumatına görə, oğrular cümə axşamı, sentyabrın 4-nə keçən gecə muzeyə daxil olublar. Oğurlanan eksponatların fiziki şəxsə məxsus olduğu və Çin çinisinin müvəqqəti sərgisində nümayiş etdirilmək üçün muzeyə köçürüldüyü bildirilib. Hadisəni törədənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Qeyd edək ki, bu, Fransada mədəniyyət obyektlərinə qarşı baş verən ikinci böyük oğurluq hadisəsidir. İyun ayında BFMTV Fransa prezidenti Emmanuel Makronun heykəlinin Qrevin mumu muzeyindən oğurlandığını xəbər vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki