image-n1karobka_ads
image-123
image-1723616169670backend

Gecə saatlarında Belqorod vilayətində üç PUA məhv edilib

Ukraynaya məxsus təyyarə tipli üç pilotsuz uçuş aparatı (PUA) bir gecə ərzində Rusiya ərazisində məhv edilib.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pilotsuz təyyarələr iyulun 7-si Moskva vaxtı ilə saat 22:30-dan iyulun 8-i saat 07:00-a qədər Belqorod vilayəti üzərində vurulub.

Müdafiə Nazirliyi əlavə edib ki, bir gün əvvəl də Krım Respublikası üzərində beş PUA məhv edilib.

Bundan başqa, Voronej vilayətinin cənubunda pilotsuz aparatın zibilinin dəmir yoluna düşməsi səbəbindən 15 qatarın hərəkətində gecikmələr qeydə alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki