image-2000x150px
image-123
image-ads_atlas
image-26377_s7o3d5xwzabackend

Gəncə sakinləri narkotiklə tutuldular – Foto

image-728x90px

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıb.

Doğru.Az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri – Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılaraq polis idarələrinə gətiriliblər.

Onların üzərinə baxış keçirilən zaman “heroin”, “metamfetamin”, “qurudulmuş marixuana” və digər qanunla qadağan edilimiş müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bundan başqa, araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan bir başa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib.

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki